27.07.2014- Bakıda 45 min dollara «Niva» — VİDEO

27.07.2014-  Bakıda 45 min dollara «Niva» — VİDEOBu avtomobil görənləri heyrətləndirir.

Azərbaycanda avtomobil satışı ilə məşğul olan avtosalonlardan birinin rəsmi səhifəsində Rusiya istehsalı olan “Niva” markalı avtomobilin klip formatlı videosu paylaşılıb.
Digər “Niva”lardan dəbdəbəli eksteryeri və interyeri ilə ciddi şəkildə fərqlənən bu avtomobilin ““Zu Design”la Royal İsmayılov Videography”nin birgə məhsulu olduğu qeyd olunub. Avtomobilin ilk baxışda arxa işıqları və yan güzgülərində gözə çarpan fərq özünü salon hissədə də göstərir. Xüsusi dəri işləmələr və bort kompüterlə təchiz olunan avtomobilin qiyməti isə 45.000$ olaraq göstərilib.







Fikirlər