Azərbaycanda avtomobillərin qiymətləri DÜŞDÜ

Azərbaycanda avtomobillərin qiymətləri düşdü

Bahalı maşınların 3-4 dəfə ucuz olacağı gözlənilir

Bakıda "Kitayski Galendevagen” satışa çıxarılacaq. Söhbət "Galendevagen”in oxşarı olan"Baic BJ80” modelindən gedir.
Bu barədə Çin avtomobillərinin rəsmi təmsilçisi "Sirena Motors” şirkətindən Fins.az-a məlumat verilib.
Baic avtomobil zavodu "Mercedes”lə əməkdaşlıq edir. Hətta Çin bazarı üçün nəzərdə tutulan "Mercedes” avtomobillərini Baic zavodu buraxır. "Baic BJ 80" də Mercedes Benz ilə birgə işlənib hazırlanıb. Avtomobilin hətta kuzovu da "Galendevagen" modelinin kuzovu ilə eynidir. Sadəcə avtomobilin ölçüləri, ön bamper və radiator barmaqlıqları fərqlənir.
"Baic BJ 80" "Galendevagen"dən mühərrikinin daha kiçik olması ilə fərqlənir. Krossover 250 at gücündə 2.3 litr mühərriklə təchiz edilib. "Baic BJ 80" avtomat sürət qutuludur. Avtomobilin təchizatına gəlincə, "Sirena Motors"dan bildiriblər ki, "Baic BJ 80" təhlükəsizlik sistemi bütün sınaqlardan çıxıb. Avtomobilin salonu isə "Galendevagen" ilə oxşardır. Şirkətdən bildirilib ki, "Baic BJ80" mart ayının 3-də Bakıda təqdim ediləcək. Avtomobilin qiymətinə gəlincə, "Galendevagen”dən 3-4 dəfə ucuz olacağı gözlənilir. Krossoverın Bakıda satış qiyməti təxminən 60 min manatdan başlayacaq.






Fikirlər