“Niva”nın yaradıcısı ÖLDÜ

“Niva”nın yaradıcısı öldü

VAX-2121 “Niva” maşınının yaradıcısı Pyotr Prusov Talyattidə dünyasını dəyişib.

Axar.az xəbər verir ki, AvtoVAZ P.Prusovun ötən gecə 76 yaşında öldüyünü açıqlayıb. Onunla vida mərasimi sabah keçiriləcək.

P.Prusov 1972-ci ildə VAZ-2121 “Niva” layihəsinin aparıcı konstruktoru təyin edilib. 1998-2003-cü illərdə isə şirkətin baş konstruktoru olub. O, VAZ-1111 (Oka), VAZ-2110 və “Samara”, VAZ-2123, “Kalina” və sair modellərin hazırlanmasına rəhbərlik edib.

AzerTaym.az






Fikirlər