Ələt-Astara yolunda TIR aşdı – 7 ədəd BMW ZAY OLDU

212627_res_01

Bu gün axşam saatlarında Ələt-Astara-İran avtomobil yolunun 14-cü kilometrində – Salyan rayonunun Xıdırlı kəndi ərazisində Gürcüstan vətəndaşının idarə etdiyi, Dubaydan avtomobil daşıyan TIR yoldan çıxaraq aşıb.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, hadisə nəticəsində sürücü xəsarət almasa da, qoşqu üzərinə bərkidilmiş 7 ədəd BMW markalı minik avtomaşınlarına ciddi ziyan dəyib.

Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.






Fikirlər