BAKIDA ən UCUZ və ən BAHA TAKSİ hansıdır? - QİYMƏTLƏR

Paytaxt Bakıda fəaliyyət göstərən taksi şirkətlərinin sayı ötən illərlə müqayisədə xeyli artıb. Taksi xidmətlərinin günü-gündən artması şirkətlər arasında rəqabəti də gücləndirib.

Axar.az xəbər verir ki, ötən ildən fərqli olaraq, hazırda taksi şirkətlərinin qiymətində dəyişiklik müşahidə olunur. Buna görə də artıq “ən ucuz” və “ən baha” taksi şirkətlərinin sıralanmasında fərqlər var.

Beləliklə, paytaxtda fəaliyyət göstərən ən ucuz taksi şirkətini müəyyən etmək üçün araşdırma apardıq. Ünvan olaraq metronun “Elmlər Akademiyası” stansiyasından “Nəriman Nərimanov” stansiyasına qədər olan məsafəni seçdik.

12 taksi şirkətinin sözügedən məsafəyə görə təyin etdiyi qiymətlər aşağıdakı kimidir:

“Salam taksi” (*9933) – 3,10 manat

“Elit Taksi” (*6969) – 3,50 manat

“Ulduz taksi” (*5000) – 3,55 manat

“Felix Taksi” (*5959) – 3,73 manat

“Uber X” - 3,77 manat

“Bonus taksi” (*8111) - 3,80 manat

“Taxi24” (*2424) – 3,90 manat

“City Taksi” (*8844) – 4,33 manat

“Ekonom taksi” (*9111) – 4,60 manat

“Zərif taksi” (*7177) – 4.90 manat (Yalnız xanımlar üçün fəaliyyət göstərir)

OK taksi (*3003) – 5,10 manat

“Ailə taksi” (*8555) – 5,80 manat






Fikirlər