Sürücülərə ŞAD XƏBƏR - Yeni QƏRAR QƏBUL edildi

Bir gün ərzində protokol sistemə vurulmasa, yararsız hesab ediləcək.

AzerTaym.az xəbər verir ki, Milli Məclisin sonuncu plenar iclasında yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyətlə bağlı qanunvericiliyə maraqlı dəyişikliklər edildi. Dəyişikliklərə əsasən, sürücülər barəsində tərtib edilən elektron protokol dövriyyədən çıxarılaraq elektron qərarla əvəzləndi.

Yeni dəyişikliyə uyğun olaraq, eyni zamanda texniki baxışdan keçməyən avtomobili idarə etməyə görə də kameralar vasitəsilə elektron qərar tərtib olunacaq.

"Avtostop" verilişinin aparıcısı, yol-nəqliyyat eksperti Tural Yusifov "Sputnik Azərbaycan"a açıqlamasında qanunvericiliyə edilmiş yeni dəyişiklikləri şərh edib.

O bildirib ki, bundan sonra elektron protokol tərtib edilməyəcək: "Onun əvəzinə elektron qərar olacaq. Əslində, bu, qaydalarda var idi, qanunda dəyişiklə qaydaları daha da möhkəmləndirirlər. Yəni artıq yeni qaydaya görə, protokol yazılan kimi Dövlət Yol Polisi tərəfindən dərhal sistemə vurulmalıdır. Bir gün ərzində protokol sistemə vurulmasa, yararsız hesab ediləcək. Gecikən protokolun ödənilməsini Dövlət Yol Polisi sürücüdən tələb edə bilməyəcək".

Yusifov qeyd edib ki, bu dəyişikliyin əsas səbəbi sürücünün qərarlı cərimədən 20 gün müddətinə şikayət etmək hüququ olması ilə bağlıdır: "Əvvəl bəzi cərimələr qərarsız olduğu üçün sürücülər vaxtında şikayət edə bilmirdilər, gözləyirdilər ki, cərimə qərarlı olsun. Bu da bir çox problemlərə gətirib çıxarırdı. Artıq protokol olmayacaq, birbaşa qərar olacaq. Sürücülər də 20 gün ərzində narazı olduqları halda şikayətlərini edə biləcəklər".

Ekspertin fikrincə, yeni qərar daha çox sürücülərin xeyrinədir: "Çünki sistemdə onsuz da problem var. Qərarlar bir günə sistemə oturmayanda sürücüdən heç nə tələb edə bilməyəcəklər. N sayda cərimələri sistemə bir gündə oturtmaq Dövlət Yol Polisinin əməkdaşları üçün çətin olacaq".

Tural Yusifov qanunda edilmiş digər dəyişikliyə də aydınlıq gətirib: "Əvvəllər Dövlət Yol Polisinin əməkdaşları texniki baxışın vaxtının keçdiyini aşkarlayanda cərimə yazırdılar. Artıq buna ehtiyac olmayacaq. Belə ki, icbari sığortada olduğu kimi, texniki baxışı da bir gün gecikdirən sürücülərin avtomobilləri kameraya düşdükdə 50 manat cərimə yazılacaq və ünvana göndəriləcək".

"Atıq texniki baxış talonuna gərək olmayacaq. Əvvəl onu yapışdırırdılar ki, DYP-nin əməkdaşı məhz o talona baxaraq texniki baxışın vaxtını müəyyən edə bilsin. Bundan sonra sistem vasitəsi ilə bu məsələ də nəzarətdə olacaq deyə talonlara gərək qalmayacaq" – Yusifov vurğulayıb.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi