SÜRÜCÜLÜK vəsiqəsinin QİYMƏTİ ARTIRILDI

Sürücülük vəsiqəsinin qiyməti artırıldı

Bu gündən etibarən sürücülük vəsiqəsi almanın və dəyişdirmənin qiyməti artırılır.

AzerTaym.az xəbər verir ki, bu barədə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "Facebook" səhifəsində məlumat verib.

Onun sözlərinə görə, avtomobilin qeydiyyat şəhadətnaməsini almanın və dəyişdirmənin rüsumu da artıb. Hər iki rüsum 25 manat olub.

İndiyədək sürücülük vəsiqəsi alma və dəyişdirmə 18 manat, avtomobilin qeydiyyat şəhadətnaməsini alma və dəyişdirmə 17 manat idi.






Fikirlər