SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Avtomagistrallarda SÜRƏT HƏDDİ endirildi

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Avtomagistrallarda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Heyder Əliyev prospekti - Hava Limanı - Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, bu addım yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə atılıb.

"Sürücülərdən nəqliyyat vasitələri ilə yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur. Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", - deyə məlumatda bildirilir.

Bundan əvvəl də BNA paytaxtdakı mövcud hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq etmışdi

AzerTaym.az






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi