Texniki BAXIŞ TALONU maşının ön şüşəsinə vurulmaycaq - YENİ QƏRAR

Texniki baxış talonu maşının ön şüşəsinə vurulmaycaq

Azərbaycanda avtomobillərin dövlət texniki baxışı barədə yeni qərar verilib. AzerTaym.az-ın verdiyi xəbərə görə, bundan sonra texniki baxış haqda talon artıq maşının ön şüşəsinə yapışdırılmayacaq. Əsasnaməyə edilən dəyişiliklərə görə, texniki baxış haqda talon elektron qaydada veriləcək.

Nazirlər Kabineti bununla bağlı “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edib.

Avtomobildə nasazlıqlar aşkar edildikdə sahibinə bu barədə bildiriş göndəriləcək. Həmin nasazlıq aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsinə yenidən baxış keçiriləcək və bu məlumat elektron talona daxil ediləcək, ondan sonra elektron talon tərtib olunacaq.

Elektron talon həmçinin sürücünün “Asan Ödəniş” sistemindəki hesabında da göstəriləcək.






Fikirlər