Azərbaycanda yol polisi bütün maşınları POSTDA SAXLADI, daha sonra...

Azərbaycanda yol polisi bütün maşınları postda saxladı, daha sonra... - FOTOLAR

Bu gün səhər saatlarında Saatlı-Sabirabad rayonu istiqamətində müşahidə olunan qatı duman yolda hərəkətdə olan sürücülərə çətin anlar yaşadıb.

Publika.az xəbər verir ki, görüntünün məhdud olduğunu nəzərə alan Baş DYPİ-nin Yol-Patrul Xidməti Alayının 12-ci tağımının rəhbərliyi avtomobillərin stasionar postda saxlanılması barədə göstəriş verib.

Hər iki istiqamət üzrə hərəkətdə olan maşınlar postda saxlanılıb. Az sonra isə onlar DYP avtomobillərinin müşaiyəti ilə təhlükəsiz əraziyə çıxarılıblar.

Patrul maşınları yük və minik avtomobillərini qrup halında həm Bakı, həm də əks istiqamətdə təxminən 2 saata yaxın müşaiyət etməli olublar. Sürücülər isə yol polisinin onlara göstərdiyi qayğını yüksək qiymətləndirib, onlara təşəkkür ediblər. 






Fikirlər