Bir dəqiqədə 9 qayda pozuntusu, 900 manatlıq cərimə (VİDEO)

Bu yol ötürücüsünün üzərində sürücülər qanunlara məhəl qoymayıb, digər hərəkət iştirakçılarını önəmsəmədən əks yola çıxıb vaxt qazanmağa çalışırlar.

Elşən Mehdiyev küçəsi ilə üzü Yavər Əliyev küçəsi istiqamətində hərəkət edən nəqliyyat vasitələri, yol ötürücüsünün üzərində yoxlama-buraxılma postu qurulduğu üçün yaranan tıxacda gözləməmə məqsədi ilə 1.1 nişanlanma xəttinin tələbini pozub, nəqliyyat axınının əksi istiqaməti ilə hərəkət ediblər.

 Təqdim etdiyimiz videomaterialda 9 nəqliyyat vasitəsi nişanlanma xəttinin tələbini pozaraq əks yola çıxıblar.

Qeyd edək ki, 1.1 nişanlanma xəttinin tələbini pozmaqla nəqliyyat axınının əksi istiqamətində hərəkət etməyin cəriməsi İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən 4 cərimə balı və 100 manat məbləğindədir.

Sürücülərin qayda pozuntusu digər hərəkət iştirakçılarından biri tərəfindən video qeydə alınıb.
Həmin görüntüləri sizlərə təqdim edirik:

 






Fikirlər