Bakıda polis əməkdaşı yolu keçməkdə çətinlik çəkən yaşlı piyadaya kömək edib.

Unikal.org BAKU.TV-yə istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşılan vidogörüntülər maraqla qarşılanıb.

İlkin məlumata görə, hadisə Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində lentə alınıb.

Görüntülərdə yaşlı piyadanın yolu keçməkdə çətinlik çəkdiyi görünür. Yol Polisi Xidmətinin (YPX) əməkdaşı xidməti avtomobilini yol ayrıcında saxlayaraq, piyadanın yolu keçməsinə şərait yaradıb.