ABŞ-da yaşayan azərbaycanlının avtomobilinin nömrəsi – ADR 1918

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan azərbaycanlıya məxsus avtomobilin qeydiyyat nişanı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Yayılan məlumatlarda “Mercedes” markalı avtomobilin qeydiyyat nişanının “ADR 1918” olması sosial şəbəkə istifadəçiləri arasında maraqla qarşılanıb.

İddia olunur ki, Kaliforniya ştatında yaşayan həmyerlimiz avtomobilinin seriya nömrəsini Azərbaycan Demokratik Respublikasının yaradıldığı ilin rəqəmləri ilə sifariş edib. \\Pravda






Fikirlər