Azərbaycanda dəhşətli qəzada həyatını itirən gənclər — FOTOLAR

Ötən gün Samux rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

BAKU.WS xəbər verir ki, Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombayn toqquşub.

Hadisə zamanı minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlu və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızı həyatlarını itiriblər. 

Qəzadan sonra məlum olub ki, həlak olan Çağırqanov Elnur hüquq-mühafizə orqanlarında, Süleymanzadə Ləman isə "Asan Xidmət"də çalışıb. 

Allah rəhmət eləsin!






Fikirlər