Azərbaycanda bu avtomobilləri sürənlərə PİS XƏBƏR - VİDEO

Köhnə avtomobillər dövriyyədən çıxarılır

Ölkəmizdə köhnə avtomobillər dövriyyədən çıxarılacaq. Bunun üçün utilizasiya proqramı hazırlanıb.

 "AzerTaym.az" bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bu yeniliyin dəqiq olaraq nə vaxtdan tətbiq ediləcəyi bilinməsə də, artıq proqramın icrası ilə bağlı bəzi detallar bəllidir.

Azərbaycanda köhnə avtomobillər utlizasiya ediləcək. Bunun qarşılığında isə bu avtomabillərin sahiblərinə yeni maşınlar almaq üçün güzəşt ediləcək və ya onlara ödənişlər ediləcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə məlumat verib. Onun sözlərinə görə, artıq layihənin hazırlanmasının sonuncu mərhələsi icra edilir.

Utilizasiya proqramının isə bu işi həyata keçirəcək şirkətlərin və təkrar emal müəssələrinin cəlb edildiyi şirkətlər tərəfindən maliyələşdirilməsi nəzərdə tutulur. Bunun üçün utilizasiya fondu yaradılacaq. Bu avtomobili təqdim etmiş şəxsə ödəniş də edə biləcək.

Nazirliyininin şöbə müdirinin sözlərinə görə, vətəndaş ona təqdim edilən vauçerlə yerli istehsal olan avtomobilləri daha ucuz qiymətə ala biləcək. Xarici istehsal olan yeni avtomabillərin alınmasına görə isə daha az məbləğ veriləcək.

Utilizasiya proqramının əsas məqsədi ekologiyanın köhnə avtomobillərdən çıxan zərərli qazlarla çirklənməsinin qarşısını almaqdır. Proqamın hazırlanması sonuncə mərhədə olsa da nə zamandan etibarən tətbiq ediləcəyi və dəqiq olaraq hansı göstəricidə olana avtomobillər şamil ediləcəyi hələki dəqiq deyil. 

/Xəzərxəbər






Fikirlər