Bakıda piyadaların yolunu kəsən daha bir bahalı avtomobil – MM 999 - FOTO

Bakıda piyadaların yolunu kəsən daha bir  Biri piyada keçidini zəbt edib, digəri isə hərəkətin əksinə olaraq sağa dönüb və yolu kəsib

Noyabrın 6-da jurnalist Nicat Dağlar Xarici İşlər Nazirliyinin qarşısında yol hərəkəti qaydalarını kobud şəkildə pozan iki bahalı avtomobilin fotolarını çəkib. Fotoları Avtosfer.az-a göndərən jurnalist bildirib ki, «Lexus» markalı, 10 MM 999 dövlət nömrə nişanlı və nömrəsi görünməyən «Toyota» markalı avtomobil qayda pozuntusuna yol verib. «Lexus» XİN-in yanındakı piyada keçidinin tam üstünü zəbt edib və piyadaların hərəkətini çətinləşdirib. «Toyota» isə sağa dönmək qadağan olduğu halda fotolardan da göründüyü kimi, sağa dönərək park edib. Sürücü öz istəyinə uyğun olaraq maşını qadağan olunmuş istiqamətdə, özü də düz yolun ortasındaca saxlayıb...

Yəqin ki, bu avtomobillərin sahibləri kənardan öz hərəkətlərinə baxıb nəticə çıxaracaqlar. Oxucular isə onları ictimai qınaq obyektinə çevirəcəklər.

Avtosfer.az hər iki avtomobilin fotolarını təqdim edir.

 

 Foto

Foto






Fikirlər