Bakıda yol polisi mağazada gizlənib cərimə yazır - FOTO - VİDEO

Bakıda yol polisi mağazada gizlənib cərimə yazır - FOTO - VİDEO

Bakıda yol polisi əməkdaşı tərəfindən cərimələnən sürücü Avtosfer.az-ın qaynar xəttinə müraciət edib. O bildirir ki, cərimə Binəqədi rayonu ərazisində yerləşən “Army” marketin qarşısında yazılıb.

Sürücünün iddiasına görə polis əməkdaşı sözügedən marketin içində duraraq dayanma-durma qaydasını pozan sürücüləri izləyir. Qayda pozuntusunu aşkar edən zaman isə şəxsi telefonu ilə avtomobilin şəklini çəkərək protokol tərtib edir.

Sürücünün çəkdiyi videonu və barəsində tərtib edilmiş protokolu təqdim  edirik. 

 






Fikirlər