“Mercedes-Benz” in Azərbaycandakı rəsmi dileri milyonluq maxinasiyalar edir? - Şirkət hakim qarşısına çıxarılır...

“Mercedes-Benz”in Azərbaycandakı rəsmi dileri milyonluq maxinasiyalar edir? - Şirkət hakim qarşısına çıxarılır...

Dünyada ən çox maraq olan və satılan avtomobillərdən biri “Mercedes-Benz”dir və bu avtomobil bütün keyfiyyətləri ilə haqlı olaraq “alman maşını” adlandırılır. Təsadüfi deyil ki, şirkətin dünyanın əksər ölkəsində rəsmi distribütoru fəaliyyət göstərir və avtomobillərin satışından tutmuş, problemlərin həllinə qədər hər şey bu nümayəndəliklər vasitəsilə həyata keçirilir.

Amma və lakin Azərbaycanda “alman maşınına” da hansısa fırıldaq qarışdırmağı bacarırlar. Xeyr, bunu maşın bazarlarındakı dəllallar etmir, birbaşa “Mercedes-Benz”in Azərbaycanda yeganə rəsmi distribütoru olan “Avtokapital-Azərbaycan” MMC edir.

İnternerdə açıq mənbələrdə apardığımız qısa araşdırma göstərir ki, “Avtokapital-Azərbaycan” MMC fəaliyyətinə görə zaman-zaman məhkəməlik olur. Misal üçün, ötən il MMC podrat müqaviləsi üzrə yaranmış problemə görə məhkəmə verilib.

“Avtokapital-Azərbaycan” MMC mütəmadi olaraq hakim qarşısına çıxmasının əsas səbəbi isə gömrük qaydalarını pozmasıdır. Təkcə bu il MMC iki dəfə buna görə məhkəmədə cavab verməli olub və cərimə edilib.

Yanvar ayında “Avtokapital-Azərbaycan” MMC-yə gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub. Protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.

İyun ayında analoji hal yenidən yaşanıb. “Avtokapital-Azərbaycan” MMC barəsində 2 cərimə protokolu yazılıb. şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.
“Mercedes-Benz”in Azərbaycandakı rəsmi dileri milyonluq maxinasiyalar edir? - Şirkət hakim qarşısına çıxarılır...


Eyni hal bir dəfə baş verəndə bunu səhv, ikinci dəfə baş verəndə fırıldaq olur. “Avtokapital-Azərbaycan” MMC-nin təkcə bu il ərzində eyni qanun pozuntusuna yol verməsi deməyə əsas verir ki, şirkət ciddi şəkildə maxinasiya ilə məşğuldur.

Təsəvvür edin, Azərbaycanda istənilən fiziki şəxs xaricdən ölkəyə avtomobil, yaxud istənilən məhsul gətirmək istəyir və bunun üçün ölkədən çıxardığı valyutaya görə əvvəlcədən Gömrük Komitəsini məlumatlandırır. Əgər bəyannamədə qeyd olunan məhsul ölkəyə gətirilmirsə, buna görə qanunvericilikdə cəzalar nəzərdə tutulur.

“Avtokapital-Azərbaycan” MMC hüquqi şəxsdir, özü də dünya üzrə ən məşhur avtomobil şirkətlərindən birinin – “Mercedes-Benz”in ölkədəki yeganə rəsmi nümayəndəliyidir. Şirkət ölkəyə avtomobili bir-bir yox, yüzlərlə idxal edir və burada satışını təşkil edir. Bunun üçün də milyonlarla dollar valyutanı ölkədən çıxarırlar. Gömrük Komitəsinin şirkəti analoji pozuntulara görə dəfələrlə cərimələməsi və məhkəməyə verməsi “Avtokapital-Azərbaycan” MMC milyonlarla valyutanın ölkədən çıxarılması prosesində hansısa müəmmalı maxinasiyaları həyata keçirdiyinə dair ciddi şübhələrə yol açır.

Bu baxımdan, şirkətin fəaliyyətinin araşdırılmasına ciddi ehtiyac var. Bu məsələ həm də “Avtokapital-Azərbaycan” MMC-nin “Mercedes”in geri çağırdığı avtomobilləri Azərbaycana gətirdiyinə dair məlumatları yenidən gündəmə gətirir.

2017-ci ildə “Avtokapital-Azərbaycan” MMC-nin “Mercedes-Benz” şirkətinin sükan mexanizmində qüsurları olduğu üçün geri çağırdığı avtomobilləri Azərbaycana gətirdiyi haqda məlumatlar yayılmışdı. Həmin vaxt şirkət bunu təkzib etmişdi. O zaman qeyd olunurdu ki, geri çağırılma 2012-ci ildə satılan C sinif və 2013-2014-cü illərdə satılan G sinif avtomobillərə şamil olunur.

Halbuki, xarici mediada yayılan məlumatlarda qeyd olunurdu ki, “Mercedes-Benz” Çin bazarında satdığı 95 min avtomobili sükan nasazlığı ilə əlaqədar geri çağırıb. Bu avtomobillər 2016-cı ilin oktyabrından 2018-ci ilin aprelinədək olan müddətdə istehsal olunan “E” və “GLC” sinif nəqliyyat vasitələridir. “Avtokapital-Azərbaycan” MMC-nin də geri çağırılan avtomobilləri Azərbaycana gətirdiyi haqda məlumatlar məhz həmin dövrdə - 2017-ci ildə yayılmışdı. Bu şübhəli sualları ortaya çıxarır. Xüsusilə “Avtokapital-Azərbaycan” MMC gömrük qaydalarını dəfələrlə pozması faktı şirkətin nazas avtomobilləri ölkəyə gətirilməsi haqda təkzibini də sual altına salır.

“Yalançının evi yandı, heç kim inanmadı” deyiblər. Qanunu dəfələrlə pozanların sözünə də inam olmur...

Onu da qeyd edək ki, “Mercedes-Benz” ötən il 1 milyona yaxın avtomobili nazaslığına görə geri çağırıb. Sual yaranır, bu nazas avtomobillərin Azərbaycana gətirilmədiyinə kim zəmanət verə bilər?! \Demokrat.az






Fikirlər