Bakıda 460 min manatlıq Lamborghini satıldı - Foto

Avtomobillərin sığortası 15 min manata başa gəlir.
Bakıda "Lamborghini Huracan" avtomobili satılıb. 
 Azərtaym.az fins.az-a istinadən bildirir ki, avtomobil noyabr ayının əvvəlində satılıb. 
Xatırladaq ki, 5.2 l. mühərrikli avtomobil 610 at gücündədir. "Lamborghini Huracan" 100 km/saat sürəti cəmi 3,4 saniyəyə yığır.

Qeyd edək ki, avtomobilin maksimal sürəti isə saatda 324 km/saatdır. Bu avtomobillərin qiymətləri isə 280-460 min manat arasında dəyişir. Avtomobilin könüllü sığortası ilə bağlı ənənəvi tarifləri nəzərə alsaq, bu avtomobillərin illik kasko sığortası 7-15 min manata başa gəlir.

 






Fikirlər