Əsas Səhifə > Avto > Piyada ZOLAGI tam silinməyibsə...

Piyada ZOLAGI tam silinməyibsə...


15-04-2016, 09:33

Piyada zolağı tam silinməyibsə... -

Bəzən paytaxtın müxtəlif hissələrində bir sıra piyada keçidlərinin yeri dəyişdirilir. Bu zaman təbii ki, yerdə olan piyada zolağı silinməlidir. Amma elə ərazilər var ki, keçidin yeri dəyişdirilsə də zolaq tam silinməyib. Bu isə həm sürücülər, həm də piyadalarda çaşqınlıq yaradır.

 AzerTaym.az xəbər verir ki, XezerXeber-in hazırladığı süjetdə qeyd olunur ki, piyada zolağı qismən pozulub və piyada nişanı keçidi ərazidən götürülüb. Buna rəğmən insanlar məhz həmin zolaqdan yolu keçirlər.
Şəhərin müxtəlif hissələrində belə mənzərələrə rast gəlmək mümkündür. Piyada keçidi ləğv edilsə də, zolaqlar tam silinməyib.Bu isə sürücü və piyadalar arasında çaşqınlığa səbəb olur.
Baş Dövlət Yol İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, zolağın tam silinməməsinə görə məsuliyyəti keçidin yeri dəyişdirilərkən icra işlərini aparan qurum daşıyır. Bununla belə asfalt üzərindəki boyanı qısa müddət ərzində silmək çox çətindir.
Kamran Əliyevin sözlərinə görə piyadalar tam silinməmiş zolağı bəhanə edib oradan keçməməlidirlər. Yaxınlıqda keçidin olduğunu göstərən nişana fikir vermək lazımdır.
Nişan olmadığına görə həmin ərazi piyada keçidi hesab edilmir. Buna görə də sürücülər piyadalara yol verməyə borclu deyillər. Bu cür yerlərdə, əgər sürücü sürət həddini aşmayıbsa baş verən qəzlarda da günahkar məhz piyada hesab olunur.
 

 


Geri qayıt