Əsas Səhifə > Avto > Paytaxtın bu küçə və prospektlərində tıxac var –
Paytaxtın bu küçə və prospektlərində tıxac var –26-10-2016, 10:47 |
Hazırda paytaxtın əsasən mərkəzi küçə və prospektlərində, o cümlədən Ağa Nemətulla küçəsindən metronun N.Nərimanov istiqamətinə, Tbilisi prospektindən şəhər mərkəzi istiqamətinə, Afiyədin Cəlilov küçəsində və Ziya Bünyadov prospektindən 20 yanvar dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir. Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Məlumatda qeyd olunur ki, ötən gün tıxacın olduğu Binəqədi şossesində isə vəziyyət nisbətən normallaşıb. Hazırda Binəqədi qəsəbəsindən şəhər istiqamətində sıxlıq müşahidə edilir. Ötən gün bu yolda yaranmış vəziyyətlə əlaqədar 9 marşrut xətti üzrə edilən dəyişiklik artıq aradan qaldırılıb və avtobuslar əvvəlki trayektoriya ilə hərəkət edirlər. Geri qayıt |