Əsas Səhifə > Avto > SON DƏQİQƏ! Ziya Bünyadov prospektində qəza baş verdi,

SON DƏQİQƏ! Ziya Bünyadov prospektində qəza baş verdi,


28-10-2016, 12:23

SON DƏQİQƏ! Ziya Bünyadov prospektində qəza baş verdi, tıxac yarandı

Hazırda paytaxtın əsas küçə və prospektlərində avtonəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir.

Bu barədə Sonxeber.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, yalnız Ziya Bünyadov prospekti "20 yanvar" dairəsi istiqamətində və Tibilisi prospektindən şəhər mərkəzi istiqamətində sıxlıq müşahidə olunur.

Z.Bünyadov prospektindəki sıxlıq həmin yolda baş verən yol nəqliyyat hadisəsi ilə bağlıdır.

Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Modern.az-a faktı təsdiqləyib. O bildirib ki, qəzaya səbəb iki avtomobilin toqquşmasıdır: "Prospektdən şəhər istiqamətindəki tunelin altında iki avtomobilin toqquşması nəticəsində maddi zərərlə nəticələnən qəza baş verib. Bu səbəbdən də ərazidə sıxlıq yaşanır".


Geri qayıt