Əsas Səhifə > Avto > Sürücülərin NƏZƏRİNƏ:
Sürücülərin NƏZƏRİNƏ:5-12-2016, 12:56 |
Azərbaycanda avtomobilləri parketmə qaydalarının pozulmasına və avtomobilin idarəsi zamanı “əlil” adından yalandan istifadəyə görə cəzalar tətbiq edilir. AzerTaym.az-ın xəbərinə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi müzakirə olunub. Məcəlləyə əlavə edilməsi təklfi edilən 342.1.11 maddəsinə görə, “əlil” tanınma nişanından qanunsuz istifadə edilməsinə görə, 40 manat məbləğində cərimə tətbiq olunacaq. Əlavə edilən digər 346-1.1 və 346-1.2 maddəsinə görə isə nəqliyyat avsitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, bundan başqa nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parkalnmaya görə 10 manat məbləğində cərimə tətbiq olunacaq. Geri qayıt |