Əsas Səhifə > Avto > Bakının mərkəzində qəza –
Bakının mərkəzində qəza –27-12-2016, 19:18 |
Sözügedən avtomobil Konstitusiya Məhkəməsinin hakimlərindən birinin xidməti avtomobildir Şəhərin mərkəzində qorxu yaşadan avtomobil qəzası baş verib. Hadisə şahidlərinin qaynarinfo.az-a verdiyi məlumata görə, avtomobil qəzası təxminən saat 14:00 radələrində Bakının İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsində baş verib. “Nissan” markalı 10-AS-016 dövlət nişanlı avtomobil ani olaraq idarəetməni itirərək yolun kənarındakı işıqfora çırpılıb. Avtosfer.az-a xəbər verir ki, sözügedən avtomobil Konstitusiya Məhkəməsinin hakimlərindən birinin xidməti avtomobildir. Qəza hakim işə gedərkən baş verib. Qəzaya düşən hakimin kimliyi barədə məlumat verilmir.
Geri qayıt |