Əsas Səhifə > Avto > Bayram günlərinin yol qəzaları:
Bayram günlərinin yol qəzaları:23-03-2017, 15:47 |
Son 3 gündə Azərbaycanda 14 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, martın 20-də respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Martın 21-də 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 12 nəfər yaralanıb. Martın 22-də isə 3 yol-nəqliyyat hadisəsisi nəticəsində 4 nəfər ölüb, 12 nəfər xəsarət alıb. Geri qayıt |