Əsas Səhifə > Avto > Heydər Əliyev prospektinin

Heydər Əliyev prospektinin


30-03-2017, 14:18

Heydər Əliyev prospektinin bir hissəsi bağlanır

Bu gün axşam saatlarınadək Xəzər rayonu Heydər Əliyev prospektinin “Binə” yol qovşağından “Mərdəkan” yol qovşağınadək olan hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.

Bu barədə “Azəravtoyol”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, məhdudiyyətə səbəb yolda üfüqi nişanlanma xətlərinin rənglənməsi işlərinin aparılmasıdır:

Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir. Bu səbəbdən göstərilən müddət ərzində sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılır.“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir”.

AzerTaym.az


Geri qayıt