Əsas Səhifə > Avto > Hacıqabuldakı qəzada ölənlərin beşi də tələbədir

Hacıqabuldakı qəzada ölənlərin beşi də tələbədir


20-05-2017, 18:57

 Xəbər verildiyi kimi, bu gün Hacıqabul rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

“Hyundai” markalı, 99 LD 773 dövlət nömrə nişanlı minik avtomobili yoldan çıxaraq, aşıb. Hadisə nəticəsində beş nəfər ölüb.

Baş Dövlət Yol Polisi əməkdaşlarının Modern.az-a verdiyi məlumata görə, ölənlərin hamısı tələbədir.
Ölənlərin meyitləri Şirvan şəhərindəki məhkəmə tibbi-ekspertizasına aparılıb. Hazırda faktla bağlı araşdırma gedir. Onların şəxsiyyətləri müəyyənləşdirilir”.

****
APA-nın məlumatına görə, ölənlərin Maliyyə-İqtisad Kollecinin tələbələridirlər. Onlar hamısı İmişli rayon sakinidir.

 Hadisə zamanı həlak olanlar: 998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu, 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğlu və Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.

 


Geri qayıt