Əsas Səhifə > Avto > “Volvo” artıq benzinlə işləməyəcək

“Volvo” artıq benzinlə işləməyəcək


6-07-2017, 09:34

volvo

 “Volvo Cars” şirkətinin bütün yeni avtomobilləri 2019-cu ildə elektrik mühərriki ilə təchiz olunacaq. 

Trend-in məlumatına görə, şirkətin yaydığı bəyanatda qeyd olunur ki, bu, tarixi qərardır:

“Bu o deməkdir ki, biz artıq yalnız daxili yanma mühərriki ilə təchiz edilmiş avtomobil istehsal etməyəcəyik”.

Bildirilir ki, alıcılar daha çox elektromobillər haqqında soruşurlar.


Geri qayıt