Əsas Səhifə > Avto > “Yol polisləri deputatları təhqir edir” –
“Yol polisləri deputatları təhqir edir” –7-07-2017, 17:44 |
Bir sıra ölkələrdə deputatların idarə etdiyi avtomobillər xüsusi nişanlarla fəqlənir. Məsələn, Rusiyada deputat maşınları sayrışan işıqlarla təmin edilib. Bununla da həmin ölkələrdə yol polisi hərəkətdə olan nəqliyyat vasitəsinin kimə məxsus olduğunu təyin edə bilir. Amma Azərbaycanda bunlar yoxdur. Ona görə də dəfələrlə yol polisi əməkdaşları ilə deputatlar arasında mübahisə yaranıb. Hətta deputatlar bununla bağlı parlamentdə məsələ də qaldırıblar. Hələ ki deputatlarla yol polislərinin mübahisələrinə şahidlik etməkdəyik. “Deputatın statusu haqqında” qanunun 12-ci maddəsində (Deputatın toxunulmazlığı) göstərilib ki, Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsinə görə, deputatın şəxsiyyəti toxunulmazdır. Deputatın toxunulmazlığına Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddələrində nəzərdə tutulmuş hallarda və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada xitam verilir. “Sonuncu dəfə bir deputat xanımla yol polisi arasında insident baş vermişdi. Hətta xanım deputatın maşınını cərimə meydançasına aparmışdılar. İki dəfə də bununla bağlı parlamentin iclasında mən məsələ qaldırmışam. Bundan sonra parlamnetin spikeri Oqtay Əsədovun razılığı ilə müvafiq şöbədə layihə hazırlandı. Amma çox təəssüflər olsun ki, bu qanun layihəsi komitədə, plenar iclaslarda müzakirə olunmadı. Konstitutsiyaya və “Deputatın statusu haqqında” qanuna əsasən, millət vəkillərinin toxunulmazlığı var. Deputat onun ailə üzvləri, mənzili, maşını heç cür axtarışa məruz qala bilməz, saxlanıla bilməz, cərimə meydançasına aparıla bilməz. Hətta məhkəmə qaydasında inzibati cəriməyə cəlb oluna bilməz”. T.Kərimli deyib ki, heç bir yol polisini başa salmaq olmur ki, deputat yüksək konstitutsion hüquqa malikdir. T.Kərimli qanunvericilkdə xüsusi təyinatlı maşınların sayrışan işıqlarla təmin olunmasına görə müddəaların yer aldığını bildirib.
Geri qayıt |