Əsas Səhifə > Avto > “Üzən” avtobus -

“Üzən” avtobus -


6-10-2017, 15:16

Bakıda sərnişin avtobusu çuxura düşüb.

AzerTaym.az Milli.Az-a istinadən xəbər verir ki, dünən səhər saatlarında Mehdiabad - "Azadlıq prospekti" metro stansiyası istiqamətində hərəkət edən 155 nömrəli sərnişin avtobusu Binəqədi şosesinin Poladtökmə zavodu yerləşən hissəsində çuxura düşüb. Bir neçə gün əvvəl yağan intensiv yağışlar nəticəsində yolda yaranan "göl"ə görə suyun altında qalan boşluğu görə bilməyən sürücü avtobusu çuxura salıb və oradan çıxara bilməyib. Sərnişinlər məcbur qalaraq suyun içinə düşüblər.
Hadisə şahidlərinin dediyinə görə, batan avtobusdan sərnişinlər "Qazel" vasitəsi yolun quru hissəsinə daşınıb.
Qeyd edək ki, sözügedən ərazidə hələ də vəziyyət eynidir. Havanın iki gündür yağmursuz keçməsinə baxmayaraq ərazidə su çəkilmir, gediş-gəlişin asanlaşması üçün tədbir görülmür. Yolda bir neçə maşın qaldığına görə hazırda sürücülər alternativ yollardan istifadə edir.
 

Geri qayıt