Əsas Səhifə > Avto > Yol polisinin “pərdə-plyonka tələbi”nə

Yol polisinin “pərdə-plyonka tələbi”nə


23-11-2017, 09:42

“Tətbiqinə icazə verilməyən örtükləri şüşələrə çəkdiyinə görə 796 sürücü inzibati inzibati məsuliyyətə cəlb olunub”.

Bu sözləri Modern.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsinə uyğun olaraq, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə 150 manat cərimə nəzərdə tutulur.

Cərimələrlə bağlı qərar noyabrın 16-dan qüvvəyə minib.

 


Geri qayıt