Əsas Səhifə > Avto, Slayd > Oğlu “avtoşluq” edən məmur işdən çıxarıldı

Oğlu “avtoşluq” edən məmur işdən çıxarıldı


31-03-2015, 14:55
Oğlu “avtoşluq” edən məmur işdən çıxarıldıZərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Səfərov tutduğu vəzifədən azad edilib.

"AzerTaym.az" oxu.az-a istinadən xəbər verir ki, o, oğlunun avtoxuliqanlıq etməsi, polisə tabe olmamasından sonra vəzifəsini itirib.

Xatırladaq ki, A.Səfərovun oğlu Ceyhun Səfərov bu ilin martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs edilib.

Geri qayıt