Əsas Səhifə > Avto > Yol polisi reyd keçirdi
Yol polisi reyd keçirdi15-07-2018, 20:01 |
Baş Dövlət Yol Polisinin (BDYP) Sabirabad yol polisi bölməsinin 12-ci taqımı növbəti dəfə sərxoş, yükdaşıma və kobud qayda pozan sürücülərə qarşı reyd keçirib. Havanın isti olmasını nəzərə alaraq sürücülərə və sərnişinlərə yola çıxmamaları barədə tövsiyələr edilib. Həmçinin yükdaşımalar zamanı normadan artıq yüklərin daşınması qəza vəziyyəti yaratmaqla bərabər oxa düşən yükün normadan artıq olması yolların sıradan çıxmasına da səbəb olması barədə yük avtomobillərinin sürücülərinə izah olunub. Bir neçə sürücü barəsində inzibati protokollar tərtib edilib, sürücülük vəsiqəsi olmadan idarə olunan avtomobillər duracağa yerləşdirilib. Reyd zamanı polis əməkdaşları tərəfindən bəzi sürücü və sərnişinlərə postlarda olan imkanlar daxilində yardımlar edilib.
Geri qayıt |