Əsas Səhifə > Avto > ƏRƏB KİRAYƏ götürdüyü avtomobillə

ƏRƏB KİRAYƏ götürdüyü avtomobillə


19-07-2018, 10:46

Ərəb kirayə götürdüyü avtomobillə dəhşət saçdı – FOTO

Nəsimi rayonunda iki avtomobil toqquşub.

AzerTaym.az report-a istinadən xəbər verir ki, qəza zamanı hər iki avtomobil deformasiyaya uğrayıb.

Belə ki, yol-nəqliyyat hadisəsi Nəsimi rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsində qeydə alınıb. Bəhreyn vətəndaşı Səid Həsən kirayə götürdüyü "KİA" avtomobillə A.A Bakıxanov küçəsində orta yolla hərəkətdə olarkən qəfil sola dönmə əməliyyatı edib. Bu zaman sol yolla hərəkət edən "Nissan" "KİA" ya çırpılıb. Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb. Hadisə yerində yol polis əməkdaşları olublar. Sürücülərin ifadələri alınıb.

Avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar araşdırmalara başlanılıb.


Geri qayıt