Əsas Səhifə > Avto > Hidrogen mühərriklə işləyən yük maşını istehsal

Hidrogen mühərriklə işləyən yük maşını istehsal


7-10-2020, 00:24

Toyota Motor” şirkəti Şimali Amerika bazarı üçün hidrogen mühərrikə malik ağır yük maşını üzərində çalışmalar aparır.

“Report” xəbər verir ki, həmin model şirkətin “Hino USA” bölməsilə müştərək olaraq bu yaxınlarda təqdim olunmuş “Hino XL” şassisi əsasında hazırlanacaq.

Cari ilin mart ayında “Toyota” “Hino Motors” bölməsilə birgə Yaponiya üçün hidrogen mühərrikə malik 25 tonluq tır üzərində işlədiklərini açıqlamışdı.

Hər iki yeni modelin gələn ilin birinci yarısında təqdim olunması nəzərdə tutulur. Onların texniki xüsusiyyətləri və satışa nə zaman çıxarılacağı açıqlanmır.


Geri qayıt