Əsas Səhifə > Avto > 77 ilə başlayan yeni seriya nömrələrinin verilməsinin səbəbi nədir?

77 ilə başlayan yeni seriya nömrələrinin verilməsinin səbəbi nədir?


26-07-2021, 09:32

77 ilə başlayan yeni seriya nömrələrinin verilməsinin səbəbi nədir? - Ekspert

"Bu, müvəqqəti nömrə deyil, digər nömrələr kimi vətəndaşlara daimi verilir. Prosesə artıq başlanılıb. Çox güman ki, Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı artdığna görə, yeni nömrələrin çapına başlanılır". 
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni seriya nömrəsi verilməsinə başlanılması ilə bağlı məlumata aydınlıq gətirərkən bildirib. Elməddin Muradlı bunu bir çox səbəblərinin ola biləcəyini vurğulayıb:
"Köhnə nömrələrin əksəriyyəti itir, yararsız hala düşüb, yaxud da qəzalı maşınların üzərində var. Hansı ki, həmin maşınlar çıxdaş olunmalıdır, olunmur. Yəqin cərimə meydanlarında qalaq-qalaq maşınların olduğunu görürsünüz, çürüyürlər orada. Bu səbəbdən də yeni seriyalı nömrələrin verlməsinə başlanılır. Düşünürəm ki, əlavə hərfləri artırmaq mümkün olmadığından məsələn, 3 hərfli nömrə verə bilmədiyimiz üçün rəqəmlərdə dəyişməyə üstülük verirlər. Dövlət Yol Polisi yəqin bu səbəbdən addım atır".

Geri qayıt