Əsas Səhifə > Avto > Xaricdən gətirilən avtomobillər üçün gömrük ödənişləri artırılıb?
Xaricdən gətirilən avtomobillər üçün gömrük ödənişləri artırılıb?29-10-2021, 22:42 |
“Gömrük ödənişlərində hər hansı artım yoxdur”. Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov məlumat verib. O bildirib ki, bəzi sosial şəbəkə istifadəçiləri xaricdən gətirilən avtomobillərin və mobil telefonların qeydiyyatı zamanı tələb olunan dövlət rüsumunun artımını gömrük ödənişlərinin artırılması kimi qələmə verir: “Dövlət Gömrük Komitəsi bildirir ki, gömrük ödənişlərində hər hansı artım yoxdur və qeyd olunan məsələ gömrük orqanlarının fəaliyyət sahəsinə aid deyil”. /Yenisabah.az Geri qayıt |