Əsas Səhifə > Avto > Prezident Əliyevin də aldığı “TOGG“ - Bu maşın haqda

Prezident Əliyevin də aldığı “TOGG“ - Bu maşın haqda


3-11-2022, 17:31

Türkiyədə hərbi texnologiya sahəsində öz sözünü demiş “Bayraktar” şirkətindən sonra avtomobil sənayesi üzrə ikinci böyük şirkəti heç şübhəsiz ki, “TOGG”dur.

“TOGG” (Türkiye'nin Otomobili Girişim Grubu) 25 iyun 2018-ci ildə “Anadolu Grup” (19%), “BMC” (19%), “Kök Grup” (19%), “Turkcell” (19%), “Zorlu Holding” (19%) və Türkiyə Ticarət Palata və Birjaları Birliyinin (5%) maddi dəstəyi nəticəsində fəaliyyətə başlayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan 2017-ci ilin noyabr ayında yeni avtomobil şirkətinin açıldığını elan edib. 2019-cu ilin oktyabr ayında isə şirkətin qərargahı Şişli İstanbuldan Kocaeli vilayətinin Gebze şəhərinə köçürülüb.

Ad - 00:02

 

“TOGG” un ilk SUV və sedan modelləri 27 dekabr 2019-cu ildə təqdim edilib. Həmçinin, “TOGG”un Bursanın Gemlik şəhərində elektrikli avtomobili istehsal edəcəyi və dəyəri 22 milyard dollar civarında olan bir zavod quracağı açıqlanıb. Şirkətin hazırda 4 mindən çox işçisi var.

Xatırladaq ki, Türkiyənin siyasi elitasından olan bir neçə şəxs də məhz bu avtomobildən sifariş edib. Onlardan biri Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelidir.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Recep Tayyib Erdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbətində azərbaycanlı vəzifədaşının da 2 yeni “TOGG” avtomobilini sifariş etdiyini açıqlayıb.//Yenisabah.az 


Geri qayıt