Əsas Səhifə > Avto > -in dörd yeniliyi Bakıda eyni vaxtda təqdim edildi

-in dörd yeniliyi Bakıda eyni vaxtda təqdim edildi


15-11-2022, 17:33

Mercedes-Benz-in dörd yeniliyi Bakıda eyni vaxtda təqdim edildi

Mercedes-Benz Group AG-nin Azərbaycanda rəsmi distribyutoru olan "Avtokapital–Azərbaycan" MMC və "Mercedes-Benz" markasının rəsmi dileri "Abşeron Avtomobil Mərkəzi" MMC paytaxt sakinlərinə avtomobil sənayesinin yeni "ulduzları" ilə tanış olmaq imkanını yaradıb. Tədbir noyabr ayında "Abşeron Avtomobil Mərkəzi" diler müəssisəsinin ərazisində keçirilib.

Məftunedici atmosfer, alovlu musiqi tədbirə xüsusi cazibə qatdı. Yeniliklər görünüşlərini gizlədən möhtəşəm örtüklər altında gizlənmişdi. Örtüklər təntənəli şəkildə çıxarıldıqda isə, Azərbaycanda ilk dəfə olaraq dəbdəbəli Mercedes-AMG SL 55 4MATIC, Mercedes-AMG GT 53 4MATIC, Mercedes-AMG G63 4x4, Mercedes-Maybach GLS 600 4MATIC "Edition 100" avtomobilləri qonaqların gözləri önündə görünüb.  

Qeyd etmək lazımdır ki, 2022-ci il yubileylərlə əlamətdardır. Bu il şirkətin idman bölməsi olan Mercedes-AMG – 55-illiyini, bundan əlavə Maybach isə 100-illiyini qeyd edir. Maybach özünü 100 il əvvəl lüks bir ekvivalent olaraq tanıtdı. Və o vaxtdan bugünə qədər nüfuzunu hər zaman qorudu. Yubiley şərəfinə brend Mercedes-Maybach S-Class Edition 100 və GLS 600 4MATIC Edition 100 yolsuzluq avtomobilinin məhdud seriyasını təqdim etdi. Sonsuz dəbdəbəyə malik olan və istehsalı 100 ədəd ilə məhdudlaşdırılan Mercedes-Maybach GLS 600 4MATIC "Edition 100" modeli tədbirdəki qonaqların gözü önündə dayanırdı. Xüsusi Edition 100 seriyalı avtomobillərin kuzovu iki rənglidir: alt hissəsi gümüşü "Cirrus Silver", üst hissəsi isə tünd mavi "Nautical Blue" rəngi ilə boyanmışdır. Arxa dayaqlar və boz təkər diskləri – üzərilərində “Edition 100” yazısı olan xüsusi lövhəciklər ilə bəzədilib. "Yubiley" Mercedes-Maybach GLS 600 4MATIC "Edition 100" avtomobillərinin interyerlərinin bəzəyi üçün parlaq tünd ağac elementləri ilə birgə ağ və gümüşü rəngli dəridən istifadə olunub. Maybach GLS 600 avtomobili iki turbokompressorlu 4-litrlik V8 mühərriki ilə təchiz edilib (557 at gücü və 730 Nm).

Mercedes-AMG-nin yubiley xətti Mercedes-AMG SL modelinin tam yeni "yenidən canlanmış ulduzu" ilə təqdim olundu. Mercedes-AMG SL modeli – brendin ruhunu, SL irsini təcəssüm etdirdi və avtomobil ikonasının son reenkarnasiyasını nümayiş etdirdi. Tamamilə yeni Mercedes-AMG SL rodsteri güzəştsiz zövqü təklif edir –əvvəlkindən daha idman üslublu, möhtəşəm və cəlbedicidir.

Yenilənmiş Mercedes-AMG GT 53 4MATIC modelinə gəldikdə isə, bu avtomobil – avtomobil sənayesinin ən müasir tendensiyalarını əks etdirir. Mercedes-AMG GT 4– qapılı kupe avtomobilinin özəllikləri: daha çox fərdiyyət, daha artıq universallıq, sükan arxasında daha böyük həzz üçün yaradılan genişlik.

Sözügedən gecənin ulduzlarının paradını əfsanəvi yolsuzluq avtomobili olan Mercedes-AMG G63 4x4 avtomobili bağlayıb. Yeni Mercedes-AMG G63 4x4 avtomobili – yenilənmiş asqı, yolsuzluq şəraiti üçün nəzərdə  tutulan xüsusi şinli, 22-düym ölçülü təkərlər və orijinal dekor ilə təchiz edilib. Belə bir "Gelendwagen" modelinin oturacaqları Nappa dərisi, sükan çarxı isə Dinamica dərisi ilə örtülmüşdür. Ön panelin əsas elementi – aktual yolsuzluq avtomobili nəsli üçün adət halını almış 12.3 düym diaqonallı iri ekrandır. Yeni modelin kapotunun altında 4.0-litrlik, 585 at gücünə və 850 Nm fırlanma anına malik olan tvin-turbo V8 mühərriki yerləşir.  Bu qüdrətli mühərrik 9-pilləli "avtomatik" sürətlər qutusu ilə birləşdirilir və yolsuzluq şəraitinə istiqamətləndirildiyinə baxmayaraq, təmtəraqlı Mercedes-AMG G63 4x4 avtomobilinə 4,5 saniyə ərzində 0 km/saatdan 100 km/saatadək sürətlənməsinə imkan verir.

Abşeron Avtomobil Mərkəzi

Тел.: + 994 12 347 78 00

 







 


Geri qayıt