Əsas Səhifə > Avto > Xanım sərnişini təhqir edən taksi sürücüsü cəzalandırıldı
Xanım sərnişini təhqir edən taksi sürücüsü cəzalandırıldı7-02-2023, 13:42 |
Bakıda xanım sərnişinə qarşı nalayiq hərəkətlərə yol verərərk onu təhqir edən taksi sürücüsü cəzalandırılıb. Bu barədə xanım sərnişin Könül Əliyeva daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova yazdığı təşəkkür müraciətində bildirib. Xanım qeyd edib ki, yanvarın 23-də, Binəqədi rayonu, Naxçıvani küçəsində taksi sifariş verib. Lakin sürücü yolda hərəkət zamanı onu təhqir edib. Könül Əliyeva bu barədə Binəqədi rayonu Polis İdarəsinin 5-ci polis şöbəsinə ərizə ilə müraciət etdikdən sonra qısa zaman ərzində həmin sürücü saxlanılıb. Toplanmış materiallar məhkəməyə göndərilib və taksi sürücüsünə 10 gün müddətinə inzibati qaydada həbs cəzası verilib. Geri qayıt |