Əsas Səhifə > Avto > MAŞIN aşdı -
MAŞIN aşdı -27-02-2016, 18:17 |
Hacıqabul-Bakı magistralı, Atbulaq deyilən ərazidə yol qəzası baş verib. “Qafqazinfo” xəbər verir ki, yol-nəqliyyat hadisəsi zamanı “KİA” markalı maşın yoldan çıxıb və aşıb. APA-nın məlumatına görə, qəza nəticəsində yaralanan şəxslər Bakı şəhər sakinləri - 1986 Yusifova Ayxan Xəyal qızı, bacısı 1985-ci il təvəllüdlü Seyidova Xəyalə Xəyal qızı, 2006-cı il təvəllüdlü Yusifova Zərifə Azər qızı, qardaşı 2007-ci il təvəllüdlü Yusifov Süleyman Azər oğlu, onların qohumlar - 1976-cı il təvəllüdlü Əliyeva Sədaqət Knyaz qızı, 1964-cü il təvəllüdlü Musayeva Yeganə Cəlal qızıdır.
Geri qayıt |