Azərbaycan məhsulu Ermənistanda SATIŞA ÇIXARILDI - İrəvan ŞOKDA (FOTO)

Azərbaycan məhsulu Ermənistanda SATIŞA ÇIXARILDI - İrəvan ŞOKDA (FOTO)

Azərbaycanda yetişdirilən almaların birdən-birə Ermənistan bazarlarında peyda olması İrəvanı qorxuya salıb.

İstiPress-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, Ermənistanın Kənd Təsərrüfatı Nazirliyi yanında Qida məhsullarının təhlükəsizliyinə nəzarət xidmətinin bazarlarda 3 günlük monitorinqi nəticəsində məlum olub ki, Azərbaycan almaları bazarlarda satılır və əhali tərəfindən sürətlə alınır.
Azərbaycan məhsulunun satılması Ermənistan hökumətini narahat etməyə başlayıb. Belə ki, məhsullar İrəvanda keçirilən yarmarkalara qədər gedib çıxıb.
 
İrəvanda satılan Azərbaycan almaları
 
Məsələdən narahat olan Ermənistan KT təcili açıqlama verib ki, bazarlarda satılan almalar Ermənistana idxal edilməyib. Aprel ayında ölkəyə Polşa, Rusiya, Ukrayna, Gürcüstan və İtaliyadan alma idxal edilib.
"Bu TIR-larda Azərbaycan məhsulu olmayıb. Bütün məhsulların sənədləri olub və həmin malların Ermənistana idxal edilməsi üçün icazəsi var idi”, – deyə nazirliyin bəyanatında qeyd olunur.
Heç kimə sirr deyil ki, ermənilər Azərbaycan məhsullarını daha çox sevirlər. Almaların, xüsusilə Quba almalarının Azərbaycana məxsus olduğunu bilən ermənilər heç kimə şikayət etmədən onları alıblar. Məsələnin üstü monitorinq zamanı açılıb. Çox güman ki, almalar Gürcüstan və ya Rusiya ərazisindən Ermənistana aparılıb.
 
 
Bundan qorxuya düşən hökumət KİV vasitəsilə də əhaliyə çatdırmağa çalışır ki, guya bu məhsullar zəhərli ola və qəsdən Ermənistana göndərilə bilər. Azərbaycanlılar şprislə həmin almalara zəhər və ya bundan da təhlükəli maddələr yeridiblər.
"Azərbaycan almalarının Ermənistana necə daxil olduğu bilinmir. Ona görə həmin məhsulların təhlükəsiz olmasından şübhə edirik. Məhsulları bazarlarda görənlərə qaynar xəttə zəng vursun”, – deyə Kənd Təsərrufatı Nazirliyinin məlumatında qeyd olunur.
Bütün Azərbaycan məhsulları piştaxtalardan yığışdırılaraq məhv edilib.
 

 






Fikirlər