Hər gün toxunduğunuz “ÖLÜ əşyalar” – QRİP və MİKROB yayırlar

Artıq bütün dünyada ilbəil qrip epidemiyası ocaqları artmaqdadır.

Xüsusən bağırsaq qripinin yayılma səbəblərindən biri də gündəlik toxunduğumuz lazımlı-lazımsız əşyalardır. Çox adam heç bilmir ki, evdən bayıra çıxmasa da, xəstə adamla təmasda olmasa da məhz bu çirkli, ölü əşyalar vasitəsilə mədə-bağırsaq virus infeksiyalarına yoluxur.

Evimizdəki "ölü əşyalar”:
-Mobil telefon – bizimlə küçə, maşın, tualet, hamam gəzən mobil telefonunuzun səthi hər hansı unitazdan 10 dəfə daha artıq çirkli və mikrobludur. Əgər indi mikroskop altında telefona baxa bilmək imkanı olsaydı, orda çoxlu bağırsaq çöpləri görərdiz. Bu çöplər nəinki diareya, digər ağır mədə-bağırsaq xəstəlikləri yarada bilər. Ona görə həftədə 1-2 dəfə telefonun səthini dezinfeksiya edin. 
-Texnika pultları – bütün ailə üzvlərinin sevimli əşyası. Döşəməyə düşür, heyvanlar toxunur, divanın küncündə itir- bir sözlə harda ki, gənə, toz, çirk var, orda gəzir. Hər kəs də ona əlini vurur, yaxşı kinoya baxanda isə hətta ağzına da toxundurur. Evin ən çirkli əşyasını xüsusi antibakterial salfetlə hər gün silin. 
-Kompüter klaviaturası – bu əşyanın üzərində yemək  qırıqlarından tutmuş ağız suyuna kimi, əllərdən keçən kirə kimi yığılır. Həm monitor, həm klaviatura mikroblarla qaynayır. Onu təmizləmək üçün kompüteri söndürüb, spirtli salfetlə yaxşıca silin. 
-Mətbəxdə qabyuyan süngərlər – onsuz işiniz keçmir. Kirli qabların qəbimidir. Amma tədqiqatlar göstərib ki, bir süngərdə 54 milyard bakteriya yığışır. Süngərləri tez-tez qaynatmaq lazımdır. Amma ən yaxşısı həftədə 1 dəfə yenisi ilə əvəzləməkdir. Bunu biz demirik, Almaniya universiteti alimləri deyir. 
-Ofis texnikası – soyuducu, çaydan, printer, telefon aparatına kimi hər biri müxtəlif adamların virus və bakteriyalarını süngər kimi özünə çəkir. Ümumi çaydan, qəhvəhazılayanlar isə maya göbələyi və kiflə doludur. Xadimə onları yaxşı təmizləyir, ya unudur, heç kim bilmir. Amma xadiməyə arxayın olmayın, iş yerində texnikanı xüsusi dezinfeksiya edici vasitələrlə həftədə 1 dəfə silin. Ofisdə günboyu əllərinizi 5 dəfə yuyun. 
-Paltaryuyan maşın – son tədqaqatlar göstərdi ki, rotavirus, bağırsaq çöpləri və mədə-bağırsaq problemləri yaradan bakteriyalar yuma prosesində maşında sıxma və qurutma zamanı çox asanlıqla keçir. Geyimləri təmiz yumaq üçün onları isti rejim seçin, xüsusi antibakterial maddələr qatın, quruma prosesini qısa etməyin.
-Pullar – yeganə əşyadır ki, bir pula 10.000 adam əli dəyə bilər. Yuyulmur, dezinfeksiya olunmur. Pul vasitəsilə hətta uzaq ölkədəki tanımadığınız adamın hansısa xəstəliyinin mikrobu da sizə keçə bilər. Adi bir kağız əskinasın üzərində 3500 növ bakteriya var. Həqiqətən də Pul əl çirkidir və xəstəlik mənbəyidir. Pulları yumaq mümkün deyil, bir yol var: hər pul saymadan sonra əllərinizi dezinfeksiya etmək. 
-Pulqabınız – gündə neçə dəfə kirli əllərlə onun içində eşələnir, kirli pulları ora yığır, bəzən hara oldu qoyursuz. Pulqabının içi, xarici, qatları, küncü – bucağı bakteriya yığınıdır. Adam var illərlə pulqabısını dəyişmir, yəni heç yumur da. Arada pulqabını da dezinfeksiya etməyi unutmayın. 
 






Fikirlər