Həbs olunan Zamirə Hacıyevaya GÖRƏ 500 min funt sterlinq TƏKLİF EDİLDİ

Həbs olunan Zamirə Hacıyevaya görə 500 min funt sterlinq təklif edildi

"The Financial Times” qəzeti yazır ki, barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsinə baxılarkən Zamirə Hacıyevanın vəkili, barrister Hyuqo Keyt hakim Emma Arbutnota onun üç uşaq anası olduğunu çatdırıb, bunu nəzərə alaraq qadının həbsini girov əvəzində ev dustaqlığı ilə əvəz etməyi xahiş edib. 
Vəkilin vəsadətində göstərilirdi ki, Z.Hacıyevanın Azərbaycana ekstradisiyası barədə gələn ilin iyun ayında baş tutacaq məhkəməyə qədər o ev dustağı kimi Londonda qalmalıdır.
Vəkil bildirib ki, Zamirə Hacıyeva üçün bu həbs qərarı "dəhşətli şok” yaradıb. Hyuqo Kit etiraf edib ki, xanım Hacıyeva Londonda böyük pullar xərcləyib, amma Azərbaycan tərəfinin ittihamında onun bilavasitə bankdan pul oğurladığı göstərilmir. Pulları ailənin yeganə qazanc mənbəyi olan əri-Cahangir Hacıyev götürüb. Amma hakim Azərbaycan tərəfinin ekstradisiya sorğusundan sitat gətirərək xanım Hacıyevanın bankomatlardan Beynəlxalq Bankın kartları ilə 8 milyon funt sterlinq çıxarıb xərclədiyini bildirib.
Barrister bununla razılaşmayıb: "Onu böyük xərcləmələrdə və mənimsəmədə ittiham edirlər. Lakin bu heç də o demək deyil ki, Hacıyeva həmin gəlirlərin cinayət yolu ilə əldə edildiyini bilirdi”.
Hakim Z.Hacıyevanın 500 min funt sterlinq girov qarşılığında ev dustaqlığına buraxılmasına razılıq verə biləcəyini ifadə edib, amma prokurorlar dərhal buna etiraz ediblər. Beləliklə, Zamirə Hacıyeva həbsdə qalıb. (virtualaz.org)






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi