"NİZAMİ"-də ayon MÜŞAVİRƏSİ KEÇİRİLDİ...

Nizamidə rayon müşavirəsi keçirildi

Nizami Rayon İcra Hakimiyyəti FHN Bakı Regional Mərkəzi ilə birgə “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirib.

AzerTaym.az  xəbər verir ki, müşavirədə FHN Bakı Regional Mərkəzinin, FHN Dövlət Yanğın Nəzarəti və FHN Dövlət Yanğından Mühafizə Xidmətlərinin nümayəndələri, Rayon İcra Hakimiyyətinin əməkdaşları, özünüidarəetmə orqanlarının nümayəndələri, rayonun təsərrüfat və xidmət sahələrinin, səhiyyə və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.  

Müşavirəni giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov müzakirə edilən mövzunun təkcə qış mövsümündə deyil, bütün ilboyu öz aktuallığını saxladığını qeyd edərək, yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsinin, müvafiq maarifləndirmə işlərinin və aidiyyəti qurumların birgə fəaliyyətinin təşkilinin vacibliyini diqqətə çatdırıb.

Müşavirənin gedişində məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub.

Müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov diqqətə çatdırılan tövsiyələrin icrasının təmin edilməsi və gələcəkdə bədbəxt hadisələrin qarşısının alınması məqsədilə ciddi tədbirlərin görülməsi və nəzarətin gücləndirilməsi üçün müvafiq təşkilat rəhbərlərinə tapşırıqlarını verib.

 









Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi