Əsas Səhifə > Cəmiyyət > “Gündə bir məscid açıb inanclı

“Gündə bir məscid açıb inanclı


24-06-2016, 13:10

Eldəniz Quliyev: “Belə getsə məscidlər ibadət yerindən daha çox, muzey, kitabxana kimi fəaliyyət göstərəcək”

Son vaxtlar Azərbaycanda inşa edilən məscidlərin sayı artsa da, dini kəsimə qarşı həbslər azalmır. Maraqlıdır, gündə bir məscid tikib inanclı kəsimi həbsxanaya doldurmaq nə dərəcədə məntiqlidir? Əgər o məscidlərdə ibadət etməyə adam olmayacaqsa, o zaman məscidlərin sayını artırmağın nə mənası var?

Bununla bağlı Moderator.az-a açıqlama verən İnanclı kəsimin hüquqlarını Müdafiə Komitəsinin sədri Eldəniz Quliyev belə getsə məscidlərin muzey və arxiv idarələri kimi fəaliyyət göstərəcəyini vurğulayıb:

“Gündə bir məscid açıb inanclı insanları zindanlara dolduracaqlarsa, onda həmin məscidlər az sonra ibadət yerindən daha çox, muzey, kitabxana, yaxud arxiv binaları kimi fəaliyyət göstərəcəklər...

Bunlar bir sadə həqiqəti anlamırlar: inanclı insanlara, din xadimlərinə lazımi hörmət sərgilənməsə, elmlə imanın vəhdətinin yaranmasına səmimi şəkildə cəhdlər edilməsə, inşa edilən heç bir dini obyekt Allah evi kimi qəbul olunmayacaq”.

AzerTaym.az

 


Geri qayıt