Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda 1622 oğlan
Azərbaycanda 1622 oğlan22-07-2016, 09:00 |
Bu il Azərbaycanda ilk dəfə olaraq magistraturaya qəbul olaraq hərbi xidmətdən möhlət hüququ veriləcək gənclərin ilkin sayı məlum olub. AzerTaym.az bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən mlumata görə, bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 4640 nəfər qəbul olub. Bildirilib ki, onlardan 1622-si oğlan, 3018-i qız abituriyentlərdir. Qeyd edək ki, prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanunun qüvvəyə minməsi barədə sərəncam imzalayıb. Qüvvəyə minən yeni qanuna əsasən bundan sonra Azərbaycanda əyani təhsil alma formasında magistraturada, doktoranturada, xarici ölkələrin təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsinin magistratura və doktorantura səviyyələrində də təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək. Geri qayıt |