ABŞ-ın Kentukki ştatında iki şəxs McDonald`s fast-fud şəbəkəsinin restoranlarında aldıqları yeməkdən qurdların çıxdığını deyiblər.
Publika. az WPSD Local6-ya istinadən bildirir ki, Meyfild şəhərinin sakini Medison Stivensin dediyinə görə, yerli McDonald`s restoranına yollanaraq özü və bir yaşlı oğlu üçün hamburger alıb.
Leysi Co Lovett isə Meyfild şəhərindən 40 km aralıdakı Draffenvil şəhərindəki McDonald`s restoranında burger alıb və yeməyin içindən qurdlar çıxıb.
McDonald`s-ın mətbuat katibi Maykl Lav insidentlərlə bağlı deyib: "Bu hadisələri araşdırırıq. Problemləri həll etmək üçün müvafiq addımlar atılacaq".
* Fotoları təqdim edirik