Əsas Səhifə > Cəmiyyət > Bakıda körpələr evində yanğın olub –

Bakıda körpələr evində yanğın olub –


14-04-2017, 20:47

fhn_car_141016

Bakıda körpələr evində yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Pirallahı rayonunda baş verib.

Ümumi sahəsi 450 m² olan ikimərtəbəli “Cırtdan” körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Geri qayıt