Əsas Səhifə > Cəmiyyət > Tələbə qəbulunda TEST ÜSULU - 25 il öncə ali məktəblərdəki “qəbul mafiyası”
Tələbə qəbulunda TEST ÜSULU - 25 il öncə ali məktəblərdəki “qəbul mafiyası”15-11-2017, 09:56 |
Bu il Azərbaycanda universitetlərə və kolleclərə növbəti tələbə qəbulu da test üsulu ilə yekunlaşdı. Bu gün minlərlə ailə övladının ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanmağına görə sevinir. Ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulu dövlətin təhsil sahəsində siyasətinin strateji əhəmiyyətli istiqamətlərindən biridir. Bu iş 25 ildir mərkəzləşdirilmiş qaydada, test üsülu ilə həyata keçirilir. O düvrün gəncləri deyirlər ki, 1992-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yaradılması, test üsulunun tətbiqi həm valideynlərin, həm də ali təhsil ocaqlarında oxumaq arzusunda olan gələcəyin minlərlə tələbəsinin sevincinə səbəb oldu. “Azərbaycanda test üsulunun tətbiqi ilk dəfə 1992-ci il may ayının 28-də o vaxtki Azərbaycan Ana Torpaq Partiyasında müzakirə olunub. Beləliklə, həmin il ali məktəblərə tələbə qəbulunu həyata keçirmək üçün mərhum eks-prezident Əbülfəz Elçibəyin sərəncamı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yaradıldı və Vurğun Əyyub onun sədri təyin olundu”. Ana Torpaq Partiyasının üzvlərindən biri olmuş Rövşən Qəmbər həmin günü belə xatırlayır. Beləcə, 1992-ci ilin iyul ayında prezident Əbülfəz Elçibəyin və prezidentin təhsil üzrə müşaviri Rafiq İsmayılovun rəhbərliyi ilə ali məktəb rektorlarının qatıldığı müşavirə keçirildi. Həmin müşavirədə bütün rektorlar bir ağızdan test üsulunun tətbiqinə “hə” dedilər”. Test üsulu elə bir vasitədir ki, istedadlı mütəxəssislərin tapılmasını asanlaşdırır. Bu üsul korrupsiya, rüşvətxorluğun, vəzifələrə təyinolunma prosesində neqativ halların kəskin azalmasına, bu prosesin ədalətli keçirilməsinə səbəb olan vazkeçilməz vasitə kimi Azərbaycanda möhkəmləndi”. “O dönəmdə baş nazirin müavini işləyirdim. Birbaşa nəzarətimdə olan sahə kimi təhsilin reformasına cavabdeh idim. İlk işimiz təhsil qanunu yazmaq və onunla paralel dövlət tələbə qəbulu komissiyasını hazırlamaq, ali atestasiya komissiyasını yaratmaq, yeni dərslikləri yazmaq idi. İlk dəfə 2000 tələbəni testdən keçirib Türkiyəyə oxumağa göndərdik”. F.Cəlilovun sözlərinə görə, o vaxt test üsulunun əleyhinə çıxanlar çox olsa da, onlar bu riskə gediblər. “Türkiyədən mütəxəssisləri dəvət etdik, eyni zamanda Türkiyənin Azərbaycandakı səfirliyi də bizə kömək edirdi. Demək olar ki, kabinetim ilk tələbə qəbulu komissiyasına çevrilmişdi. Bütün sənədləri orada hazırladıq, yeni komissiya yarandı və sədri Əbülfəz Elçibəyin qərarı ilə Vurğun Əyyub təyin olundu”. Keçmiş nazir ilk qəbulun uğurla keçdiyini və kasıb ailələrdən olan savadlı uşaqların seçdikləri sahələr üzrə universitetlərə daxil olduğunu vurğulayıb. “Test imtahanlarının tətbiqi müstəqilliyini yeni qazanmış bir dövlət üçün böyük uğur idi”. Artıq hamı birmənalı olaraq bunu qəbul edir ki, tets üsulu 25 ildə böyük inkişaf tarixi keçib. 1992-ci ildə ali və orta ixtisas məktəblərinə tələbə qəbulu birlikdə aparılırdı. Abituriyentlər ərizələrində bu iki təhsil pilləsinin yalnız beş ixtisasını göstərə bilirdilər. Sonrakı illərdə isə ixtisas seçimi üçün yerlərin sayı artırıldı və hazırda abituriyetnlər 15-ə qədər ixtisas seçə bilərlər. Həmin illərdə imtahanlarda iştirak edənlərin cavab kartları Türkiyə Respublikasında çap edilir, imtahandan sonra onlar yenidən qardaş ölkəyə aparılıb optik oxuyucu qurğu vasitəsilə oxunur və ixtisaslar üzrə yerləşdirmə aparılırdı. Bu, 1995-ci ilə qədər davam etdi. Geri qayıt |